Azərbaycan pankrationçuları mükafatlandırıldı

Azərbaycan Pankration, Qrepplinq və MMA Döyüş Növləri Federasiyasının təşəbbüsü ilə dekabrın 27-də Bakı Əyləncə Mərkəzində idmançıların, məşqçilərin və idman hakimlərinin mükafatlandırılması mərasimi olub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan Pankration, Qrepplinq və MMA Döyüş Növləri Federasiyasının prezidenti Azad Əsgərov, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, ikiqat dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman sağlamlıq klubunun rəisi Fizuli Abbasov çıxış ediblər.

Başa çatan ilə yekun vurulub, gələcək planlar barədə məlumat verilib. Mərasimdə bildirilib ki, 2014-cü ildə Azərbaycan idmançıları, o cümlədən pankrationçular 805 medal qazanıblar. İdman tədbirləri KİV-lərdə geniş işıqlandırılıb. Çıxış edənlər qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə idmançıları təbrik ediblər. Bəzi idmançılar İdman ustası, məşqçilər Əməkdar Məşqçi adları alıb, idman hakimlərinə xüsusi sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan