Azərbaycan poloçuları İtaliya komandasını da üstələdi

Binə qəsəbəsindəki “Elit Atçılıq və Polo” klubunda Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü Azərbaycan millisi italiyalı həmkarları ilə qarşılaşıb. Heyətindəki poloçuların yüksək reytinqli olmasına üzündən, matça üstünlüklə başlayan rəqib sonda məğlub olub. Azərbaycan komandası inamlı oyun nümayiş etdirərək, rəqibini 12: 6 hesabı ilə üstələyib.

Bununla da komandamız ardıcıl ikinci qələbəsini qazanıb. Günün digər görüşündə İspaniya seçməsi, İsveçrəni 8-3 hesabı ilə məğlub edib. Almaniya komandası isə İrlandiyadan güclü olub. 5-2. Bu nəticələrdən sonra hərəyə 2 qələbə qazanan Azərbaycan və İspaniya komandaları 1-ci, 2-ci yerləri bölüşdürürlər. Sabah (6 Avqust) keçiriləcək 3-cü turda ilk olaraq meydana İsveçrə və İtaliya komandaları çıxacaqlar.

Görüş saat 17:00 da başlayacaq. Saat 18:00 –da isə Almaniya seçməsi İspaniya komandasını sınağa çəkəcək. Milli komandamız üçüncü oyununu saat 19:15 -də keçirəcək. Azərbaycan poloçularının rəqibi İrlandiya komandası olacaq.

Həmin kateqoriyadan