Azərbaycan qran-prisi ilin ən yaxşı mərhələsi seçilib

Azərbaycan qran-prisi mövsümün ən yaxşı mərhələsi sayılıb. Allsport.az saytı xəbər verir ki, sevindirici hadisə Formula1-in Tvitter səhifəsində keçirilən sorğu nəticəsində məlum olub.

İştirakçıların 62 faizi Azərbaycan mükafat yarışını ən yaxşı hesab edib. 2-ci yeri 38 faiz səslə Böyük Britaniya qran- prisi tutub.

27-29 apreldə Bakıda təşkil olunan dünya çempionatının 4-cü mərhələsi “Mercedes”in britaniyalı sürücüsü Lüis Həmilton qazanıb.

Həmin kateqoriyadan