Azərbaycan qran-prisi-nin biletləri artıq satışda!

Azərbaycan mükafat yarışının biletləri oktyabrın 22-dən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, Bakının mərkəzi küçələrində 5-ci dəfə keçiriləcək Formula1 gələn il 5-7 iyunundabaş tutacaq.

Yarışın keçirilməsinin beşilliyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20 % endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci il tarixinə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. BŞH avtoidman azarkeşlərini Formula 1 Azərbaycan Qran Prisi 2020-yə tezliklə bilet alaraq mövcud endirim fürsətindən yararlanmağa çağırır.

İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 4 iyun tarixində, cümə axşamı günü keçiriləcək pit yolu yürüşündə iştirak etmək imkanı verir. Bu bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri dünya çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan qran-prisinə necə hazırladıqlarının şahidi olmaq imkanını təqdim edir.

Həmin kateqoriyadan