Azərbaycan qran-prisinə 4-günlük biletlərin endirimli müddətinə 2 həftə qalıb

Bakı Şəhər Halqası ictimaiyyətə F1 üçün başladılan endirim kampaniyasının davam etdiyini diqqətinə çatdırır. Allsport.az saytı xəbər verir ki, Azərbaycan mükafay yarışına nəzərdə tutulan 4-günlük biletləri 190 AZN-dən başlayaraq endirimlə əldə etmək istəyənlər www.bakucitycircuit.com saytına müraciət edə bilərlər.

Xatırladaq ki, Bakıda növbəti Formula1 ötüşməsi 26-28 apreldə olacaq. Mövsümün ən həyəcanlı və möhtəşəm yarışından biri kimi yadda qalan Azərbaycan qran-prisi “The Times” və “The Guardian” kimi nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən “İlin yarışı” adına layiq görülüb.

BŞH azarkeşlərə, 190 AZN-dən başlayaraq, 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.

2019 Formula 1 Azərbaycan qran-prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı rəsmi saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com daha ətraflı məlumat əldə etmək istəyən media nümayəndələri isə media@bakugp.az elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.

Həmin kateqoriyadan