Azərbaycan qran-prisində 1-ci sərbəst yürüş ləğv olunub

Formula1 üzrə SOCAR Azərbaycan mükafat yarışında 1-ci sərbəst yürüş dayandırılıb. Allsport.az saytı xəbər verir ki, “Uillyams”ın pilotu Corc Rassellin bolidini aparan evakuasiya maşınının kranı yerüsütü piyada keçidinə ilişib.

Nəticədə keçid zədələnib. Kran isə qrılıb və ondan axan yağ bolidin üzərinə tökülüb. Əraziyə ikinci evakuasya maşını gəlib. Yekunda Rasselin bolidini boksa gətirmək mümkün olub.

FİA Bakı trekində bütün drenaj lüklərini yoxlamağı qərara alıb. Trek boyunca lüklərin sayının 300-dən çox olduğu bildirilir.

Həmin kateqoriyadan