Azərbaycan qran-prisində məşhur DJ Martin Solveig də səhnəyə çıxacaq

Formula1 Azərbaycan qran-prisi çərçivəsində aprelin 29-da Dua Lipanın konsertindən sonra məşhur DJ Martin Solveig “Büllur” sarayın səhnəsinə çıxaraq, əyləncəsevərlərə maraqlı gecə təqdim edəcək. Allsport.az saytı xəbər verir ki, Paris əsilli musiqiçi 20 illik karyerasında DJ fəaliyyəti ilə birlikdə uğurlu bəstəkarlıq işi ilə də bütün dünyada böyük rəğbət qazanıb. O, istiqamətverici görüşləri və özünəməxsus tərzi ilə dünya musiqisinin sərhədlərini aşmağa davam edir.

Kanadalı elektro-pop qrupu Dragonette ilə birgə ifa etdiyi “Hello” mahnısı 2010-cu ildə fransız sənətçiyə böyük uğur qazandırıb. Onun albomunda yer alan “Smash” mahnısı 4 ölkədə ən çox dinlənilən trek adına sahiblənib və bu trek Madonnanın diqqətini cəlb edib. Daha sonra Madonna “MDNA” albomunda yer alan 6 treki DJ Solveig ilə birlikdə yenidən aranjiman edib. Həmçinin Martin Solveig 2012-ci ildəki dünya turunda pop musiqisinin kraliçasını müşayiət edib.

Həmin kateqoriyadan