Azərbaycan qran-prisinin trekində veloyürüş

Bu gün SOCAR Azərbaycan qran-prisinin əsas mərhələsi başlamamışdan əvvəl Bakı trekində dövlət təhlükəsizliyi xidmətinin Heydər Əliyev adına akademiyasının nəzdində velosiped idman klubunun təşkilatçılığı, Formula1 şirkətinin və Azərbaycan avtomobil federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib.

Allsport.az saytı xəbər verir ki, öz nadirliyi ilə seçilən Bakı şəhər halqasında milli qəhrəman Mədət Quliyev, cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli, velosiped idmanı üzrə dəfələrlə respublika çempionu Vüqar Salahov da iştirak ediblər.

Həmin kateqoriyadan