Azərbaycan – Rusiya matçını israilli hakimlər idarə edəcək

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Rusiya matçının hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, Bakıda baş tutacaq bu görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Eytan Şmuleviç təyin olunub. Ona yan xətt hakimləri Nissan Davidi və Roy Hassan kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ziv Adler yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı noyabrın 17-də “Bakcell Arena”da keçiriləcək və saat 17:00-da start götürəcək.

Həmin kateqoriyadan