Azərbaycan – Rusiya matçının ən yaxşıları açıqlandı

Sankt-Peterburqda keçirilən FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turniri davam edir. Allsport.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxdı.

Rusiya-2 komandasına qarşı keçirilən oyunda millimiz 4:2 hesabıyla üstün oldu. Bu oyunun ən yaxşı futbolçuları da müəyyənləşib. Rəqib komandanın heyətində İvan Qalanin ən yaxşı elan olunub. Komandamızın heyətində isə yarımmüdafiəçi Emin Zamanov fərqlənib.

Həmin kateqoriyadan