Azərbaycan Rusiya və Belarus yığmalarına uduzdu

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Soçidə keçirilən turnir çərçivəsində iki oyuna çıxıb. Allsport.az xəbər verir ki, komandamız Belarus və Rusiya yığmaları ilə qarşılaşıb.

Millimiz öncə Belarusa 3:4 hesabı ilə uduzub. Rusiya ilə qarşılaşma isə futbolçularımız üçün daha faciəvi hesabla başa çatıb – 5:9.

Yığmamız turnir çərçivəsində son oyununu Rusiya-2 komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan