Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib

Dünya çempionatı-2018-in seçmə mərhələsində sentyabrın 4-də Bakıda keçiriləçək Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, görüş öncə Bakı olimpiya stadionunda təşkil olunması nəzərdə tutulmuşdu.

Lakin “Bakcell arena”da UEFA Avropa liqası turnirinin qrup mərhələsinin matçlarının daha olmaması, 4-cü İslam həmrəyliyi oyunlarından sonra ölkənin ən boyük futbol qurğusunun millimiz üçün tam hazırlıq olmadığını nəzərə alaraq, AFFA bu komandalar arasında qarşılaşmasının “Bakcell arena”da keçirilməsi ilə əlaqədar UEFA-ya müraciət edib və müsbət cavab alıb.

Azərbaycan – San Marino oyunu üçün Bakı olimpiya stadionuna bilet almış şəxslər 28 Mall alış-veriş mərkəzində satış məntəqəsində biletlərini dəyişə bilərlər.

Həmin kateqoriyadan