Azərbaycan – Şimali İrlandiya oyununa 25,5 min bilet satılıb

Dünya Kuboku-2018-in seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyununa 25,5 min bilet satılıb. Allsport.az saytı xəbər verir ki, görüşün başlanma saatınadək arenanın tam dolacağı gözlənilir. Bu komandalar arasında matç saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimizin yer aldığı “C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Şimali İrlandiya 10 xalla 2-ci, Çex Respublikası 8 xalla 3-cü, “ay-ulduzlular”ımız 7 xalla 4-cü pillədə qərarlaşıb. Norveç 3 xalla 5-ci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

Həmin kateqoriyadan