“Azərbaycan şirkətləri həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar”

Heydər Əliyev fondu və milli paralimpiya komitəsi bu çağırışdan yola çıxaraq ilk tədbiri gerçəkləşdirir. Allsport.az saytı xəbər verir ki, ölkədə özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyətini stimullaşdırmaq məqsədi ilə tədbirlərə başlanılıb. Bu istiqamətdə ilk tədbir noyabr ayının 13-də baş tutacaq “Yenilməzlər”dir.

Beynəlxalq qala təqdimatında paralimpiyaçıların həyat hekayələri bədii çalarlarla səhnələşdiriləcək. İlham Zəkiyev, Oleqa Kretsul, Muniba Mazari, Sir Filip Kreven kimi dünyada məşhur olan əlilliyi olan şəxslər bu tədbirin səhnəsində yer alacaqlar.

MPK-in prezidenti İlqar Rəhimov deyir ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafı sahəsində böyük dövlət qayğısı vardır. Ölkə başçısı İlham Əliyevin özünü paralimpiyaçıların dostu adlandırması bu qayğının bariz nümunəsidir. Hər il dövlətin dəstəyi ilə paralimpiyaçılarımız müxtəlif beynəlxalq yarışlarda iştirak edir və böyük nailiyyətlər qazanırlar:

“Azərbaycanın iqtisadi inkişafı hazırda elə bir mərhələyə qədər qoyub ki, indi ölkədə fəaliyyət göstərən şirkətlər tək biznesin inkişafı sahəsində deyil, eyni zamanda sosial problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirirlər. Hər bir biznes qurumu ölkəmizdə sosial məsuliyyət də daşımaqdadır. Cənab prezident də bu günlərdə şirkətlərin sosial məsuliyyət daşıması ilə bağlı çağırış etdi. Biz də cənab prezidentin bu çağırışından ruhlanaraq bu tədbiri keçirməyi qərara aldıq”.

Bu tədbir BP və “Toyota” şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Qeyd olunan şirkətlər korporativ sosial məsuliyyət strategiyaları çərçivəsində bu tədbirin reallaşdırılmasına dəstək göstərirlər.

Həmin kateqoriyadan