Azərbaycan Türkmənistana ilk oyunda qalib gəldi

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “ABU Arena”da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib.

Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar.

Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. “ABU Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan