Azərbaycan UEFA turnirinin qalibi oldu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA-nın inkişaf turnirinin qalibi olub. Allsport.az xəbər verir ki, futbolçularımız bu gün turnirdə keçirdiyi son oyunda Qazaxıstan-2 komandasına 7:0 hesabı ilə qalib gəlib.

Yaiza Relea 5, Kristina Bakarandze isə 1 dəfə rəqib qapısına yol tapıb. Bir qolu qazaxıstanlı futbolçular öz qapısıdan keçirib.

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda Qazaxıstan komandasına 2:0, ikinci qarşılaşmada isə Estoniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan