Azərbaycan voleybolçuları Avropa Liqasının ilk final görüşündən də qalib ayrıldı

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqanın finalında ilk görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, Faiq Qarayevin komandası Nitra şəhərində yerli Slovakiya yığması ilə qarşılaşıb.

Buna qədər məğlubiyyət bilməyən qızlarımız, bu matçdan da qələbə ilə ayrılıb – 3:1 (25:19, 18:25, 25:22, 25:20). Cavab oyunu iyunun 3-də Bakıda olacaq.

Həmin kateqoriyadan