Azərbaycan Xorvatiya və Belarusa rəqib oldu

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə DÇ-2016-nın seçmə mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Millimiz Xorvatiya və Belarusla bir qrupa düşüb. Komandamızın digər rəqibi isə ilkin seçmə mərhələnin B qrupunda yarışacaq San-Marino, Çernoqoriya, İsveç və Yunanıstandan ən güclüsü olacaq.

İlkin seçmə mərhələ:
A qrupu: Moldova, Cəbəllütariq, Gürcüstan, Andorra.
B qrupu: San-Marino, Çernoqoriya, İsveç, Yunanıstan.
C qrupu: Malta, Albaniya, Litva, Fransa.
D qrupu: Estoniya, Kipr, Ermənistan, Latviya.
E qrupu: Danimarka, Uels, İngiltərə, İsrail.
F qrupu: Bolqarıstan, Finlandiya, İsveçrə.

Əsas seçmə mərhələ:
1-ci qrup: Ukrayna, Macarıstan, Belçika, E qrupunun qalibi.
2-ci qrup: Azərbaycan, Xorvatiya, Belarus, B qrupunun qalibi.
3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, F qrupunun qalibi.
4-cü qrup: İspaniya, Hollandiya, Bosniya və Herseqovina, D qrupunun qalibi.
5-ci qrup: Çexiya, Sloveniya, Qazaxıstan, C qrupunun qalibi.
6-cı qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç.
7-ci qrup: İtaliya, Slovakiya, Makedoniya, A qrupunun qalibi.

Həmin kateqoriyadan