Azərbaycan Xorvatiyaya da qalib gəlib, qrup lideri oldu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Uelsın Flintshire şəhərində təşkil olunmuş Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, yığmamız qrupdakı son oyununda Xorvatiya komandasını 2:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, futbolçularımız ilkin seçmə mərhələnin ilk oyununda Uels yığmasına 4:1, Belçika komandasına isə 3:0 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan