- Baxış sayı: 48
- 15 Aprel 2024 14:52
- Baxış sayı: 28
- Aprel 23, 2024
- 0
Milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan futzalçıları 10-cu pillədəki yerini qoruyublar. Bizim hesabda 1411 reytinq xalı var.
Ötən gün dünya çempionatına vəsiqə uğrunda Niderlandla cavab pley-off matçına çıxan komandamız meydandan 4:4 hesablı heç-heçə ilə ayrıldı.
İlk oyunda 5:1 hesabıyla qalib gəlmiş millimiz tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazandı. Lakin göründüyü kimi, bu uğur komandamızın reytinq siyahısındakı mövqeyinə heç bir təsir göstərməyib.