Azərbaycan yığması ilk dəfə dünya çempionatına vəsiqə qazandı!

Bu gün Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, futzalçılarımız doğma meydanda Niderlandla qarşılaşıb.

Komandamız Almeredə baş tutan səfər oyununda 5:1 hesabıyla qalib gəlmişdi. Millimiz bu uğurun davamını gətirməklə, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxıb.

DÇ-2016-nın seçmə mərhələsi
Pley-off
(cavab matçı)
12 aprel

Azərbaycan – Hollandiya – 4:4 (2-ci hissə) (ilk oyun – 5:1)
Qollar: R.Fərzəliyev, 12 (1:0). Ceyar, 14 (1:1). Amadeu, 15 (2:1). Velseber, 16 (2:2). Eduardo, 20 (3:2). Mossaui, 26 (3:3). Rafael, 26 (4:3). Attaibi, 28 (4:4).
Hakimlər: Gerald Bauemfeynd (Avstriya), Oleq İvanov (Ukrayna).
Bakı İdman Sarayı.

Həmin kateqoriyadan