“Azərbaycan yığmasına daha çox qol vura bilərdik”

Almaniyanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Mitçell Vayzer AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri ev oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

“Matçın əvvəllərində sakit oynamağa, şans axtarmağa çalışırdıq. Amma qol buraxdıqdan sonra bir müddət məğlub durumda oynamalı olduq. Yalnız ondan sonra oyunda tam üstünlüyü ələ keçirdik və sonadək meydanda dominantlıq etdik. Daha çox qol vura bilərdik. Lakin alınmadı”.

Həmin kateqoriyadan