“Azərbaycan yığmasıyla oyunda azarkeşlərimizi sevindirməliyik”

Moldova yığmasının qapıçısı İlie Çebanu noyabrın 17-də Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Mən yoxlama oyunlarına belə yanaşıram: Moldova yığmasının hər bir oyunu ən vacibdir. İndi qarşımızda Azərbaycan yığması var. Bu oyuna ən ciddi şəkildə hazırlaşmalı və azarkeşlərimizi yaxşı nəticə ilə sevindirməliyik. Buna söz verdiyimi demirəm.

Amma təlim-məşq toplanışının ilk günündən heç də adi bir yoxlama oyunu üçün bir araya gəlmədiyimizi dərk edirik. Bu, mənim üçün ən vacib oyundur. Ümid edirəm ki, yığmaya dəvət alan digər futbolçular da belə düşünür”.

Həmin kateqoriyadan