“Azərbaycanda gimnastika üçün ideal şərait yaradılıb”

“Bakıda yaxşı idman infrastrukturu, gimnastlar üçün ideal şərait, ən yaxşı zallar var”. Allsport.az xəbər verri ki, bunu “Trend”ə gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında iştirak edən slovakiyalı gimnast Kseniya Kilianova deyib.

Onun sözlərinə görə, onda çempionatdan yalnız yaxşı təəssüratlar yaranıb və çempionat çox yaxşı təşkil edilib.

Slovakiyalı gimnast bu çempionatda əsas rəqiblərinin Finlandiya və Latviya idmançıları olduğunu deyib: “Belə ki, özümü rusiyalı ikiqat dünya çempionu Yana Kudryavtseva ilə müqayisə edə bilmərəm”.

O, qeyd edib ki, artıq üçüncü dəfədir ki Bakıdadır və bura çox xoşuna gəlir: “Bakı çox gözəl, qeyri-adi şəhərdir. Burada gözəl binalar, möhtəşəm bulvar var. Bu şəhər olduğum digər şəhərlərə bənzəmir. Bakı ömür boyu xatırlanan şəhərdir”.

Həmin kateqoriyadan