“Azərbaycanı ən yaxşı şəkildə təmsil edəcəyimə inanıram”

Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev ölkə kikboksinq tariximizdə ilk dəfə bu idman növü üzrə mötəbər turnirdə – “Glory World Series”də çıxış edəcək. Allsport.az saytı xəbər verir ki, dekabrın 4-də rinqə Niderlandda baş tutacaq döyüşlə bağlı “Qafqaz Point Hotel”də mətbuat konfransı keçirilib.

Tədbirdə, idmançı qarşıdakı turnir və hədəfləri barədə konfrans iştirakçılarını məlumatlandırıb: “Bu, peşəkar boksun ən yüksək turniridir. Burada iştirak hamıya qismət olmur. Mən artıq buna nail olmuşam. Burada Azərbaycanı və “Qəbələ”ni ən yaxşı şəkildə təmsil edəcəyimə və qələbə qazanacağıma inanıram.

Fikrimcə, bundan sonra müqavilə imzalayıb, yarışda çıxışımı davam etdirəcəyəm. Qələbə qazanacağım halda çox güman ki, daha 1 illik razılaşma olacaq və həmin müddətdə 3-4 döyüş keçirəcəyəm. Həmin vaxt artıq super ulduzlarla qarşılaşırsan”.

Həmin kateqoriyadan