Azərbaycanın Portuqaliya və Xorvatiya ilə oyunları “Bakcell Arena”da!

Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda keçiriləcək. Allsport.az xəbər verir ki, artıq qarşılaşmaların keçiriləcəyi stadion və oyunların başlanma vaxtı müəyyənləşib:
Həmin oyunların proqramını təqdim edirik:

17 mart 2015-ci il
Saat 15:00. Portuqaliya – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Saat 19:00. Xorvatiya – Azərbaycan
Bakcell Arena

19 mart 2015-ci il
Saat 15:00. Serbiya – Xorvatiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Saat 19:00. Portuqaliya – Azərbaycan
Bakcell Arena

22 mart 2015-ci il
Saat 19:00. Xorvatiya – Portuqaliya
“Bakı” FK-nın Təlim-Məşq Bazası

Saat 19:00. Azərbaycan – Serbiya
Bakcell Arena

Həmin kateqoriyadan