Azərbaycanın triatlon üzrə komandası Kiprdən 2 bürünc medalla qayıtdı

Azərbaycanın Triatlon üzrə komandası Kiprin Ayanapa şəhərində keçirilən beynəlxalq turnirində uğurla çıxış edib. Allsport.az xəbər verir ki, bu yarışda ölkəmizi Kseniya Levkovskaya və Aleksandr Yatsenko təmsil ediblər.

Yarışa qələbə əzmi ilə çıxan idmançılarımız turnirin bürünc medallarını qazanıblar.

Qeyd edək ki, hər iki idmançı aprelin 19-da İspaniyada keçirilən Avropa kuboku turnirində iştirak etməyə hazırlaşır. Buna görə də Ayanapada keçirilən yarış onlar üçün yoxlama xarakteri daşıyırdı.

Həmin kateqoriyadan