“Azərbaycanla oyunlar çətin olacaq”

Rusiyanın U-21 yığmasının baş məşqçisi Nikolay Pisarev AÇ-2017-nin seçmə mərhələsinin bu gün keçirilən püşkünü dəyərləndirib. Allsport.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının rəsmi saytına danışan təcrübəli mütəxəssis Azərbaycan millisi ilə oyunların çətin keçəcəyini bildirib:

Almaniya qrupun aşkar favoritidir. Qrupdakı bütün yığmalar bərabər səviyyəlidir. Avstriya çox güclü komandadır. Onların potensialına bələdəm. Finlandiya millisinin çıxışını “Birlik kuboku”nda gördük. Onlar da çox layiqli rəqibdir. Farer adaları tipik ev komandasıdır. Onlara qarşı oyunumuz asan keçməyəcək. Ənənəvi olaraq Azərbaycan millisi ilə oyunlarda müsbət nəticə əldə etmək çətin olacaq. Düşünürəm ki, qrupumuzun aşkar autsayderi yoxdur”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda mübarizə aparacaq Rusiya yığmasının rəqibləri sırasında millimizlə yanaşı, Almaniya, Avstriya, Finlandiya və Farer adaları da var.

Həmin kateqoriyadan