Azərbaycanlı basketbolçu “”Qalatasaray”a keçib

Azərbaycan millisinin keçmiş basketbolçusu Orxan Hacıyev özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, o, Türkiyənin “Qalatasaray Odeabank” klubu ilə müqavilə imzalayıb.

1989-cu ildə Bakıda anadan olan və 2.03 metr boya malik nəhəng adam son mövsümü “Acıbadəm Universiteti”ndə keçirib.  Türkiyə vətəndaşlığı olan Orxanın peşəkar karyerası elə qardaş ölkə təmsilçiləri ilə bağlıdır.

“Anadolu Efes”in yetirməsi olan Orxan “Pertevniyal”, “Darüşşəfəqə”, “Türk Telekom”, “Əliağa Petkim”, “Uşaq Sportif” kimi klublarda da forma geyib.

Həmin kateqoriyadan