Azərbaycan bahadırları ilə firənglər arasında dostluq görüşü

4 dekabrda Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək. Allsport.az xəbər verir ki, bu qarşılaşma cari ilin may ayında AGF prezidenti Fazil Məmmədovun fransalı həmkarı Alain Bertoloma qonaq olarkən razılaşdırılıb.

Yoldaşlıq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi Dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.

Ümumilikdə, 10 güləşçinin iştirak edəcəyi mübarizədə 3 sərbəst, 3 yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Fransa AZƏRBAYCAN
Sərbəst güləş
57 kq
74 kq
86 kq
Zoheir el Ouarraqe
Luca Lampis
Axmed Aybuyev
Mahmud Məhəmmədov
Cəbrayıl Həsənov
Həmzət Osmanov
Qadın güləşi
48 kq
53 kq
55 kq
58 kq
Julie Sabatie
Tatiana Debien
Aurelie Basset
Margot Riviere
Patimat Baqomedova
Mariya Stadnik
Alyona Kolesnik
Nataliya Snişin
Yunan-Roma güləşi
59 kq
66 kq
85 kq
Leo Tudezca
Stefan Clement
Melonin Noumonvi
Rövşən Bayramov
Həsən Əliyev
İslam Abbasov

Həmin kateqoriyadan