Azərbaycanlı hücumçunun klubu Minsk “Dinamo”suna qalib gəldi, avroliqada mərhələ adladı

Avropa liqasının 1-ci təsnifatında Latviyanın “Liepaya” klubu Belarusda Minsk “Dinamo”su ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, evdə 1:1 edən baltikalılar, səfərdə 2:1 qalib gələrək mərhələ adlayıblar.

Azərbaycanlı futbolçu Vüqar Əsgərov görüşün iştirakçısı olub. O, 77-ci dəqiqədə meydana girib. “Liepaya” 2-ci ələmədə İsveçin “Norçöpinq” klubu ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan