- Baxış sayı: 59
- 18 Aprel 2024 23:08
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Milli karate federasiyasının hakimlər komitəsinin sədri Cahangir Babayev Belarus paytaxtında keçiriləcək 2-ci Avropa oyunlarında referilər dəstəsində yer alacaq.
Allsport.az saytı xəbər verir ki, bu barədə Avropa Karate Federasiyası qərar verib. Minsk-2019-da 22 hakimdən 20 nəfəri seçim əsasında təyin olunub.
Bu mötəbər yarışın karate yarışı 29-30 iyunda olacaq.