Azərbaycanlı qapıçı xüsusi qoruyucu maska ilə oynaya biləcək

Azərbaycan yığmasının və Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Emil Balayev komandasının qış təlim-məşq toplanışında iştirak edəcək. Allsport.az xəbər verir ki, Frankfurt təmsilçisi yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşəcək.

Düzdür, həkimlər hələ azərbaycanlı qapıçının məşq etməsinə icazə vermirlər. Onun bundan sonra daha altı həftə meydana çıxmayacağı bildirilir. Amma komandasının qış təlim-məşq toplanışına qədər sıraya dönməsi gözlənilir.

Qeyd edək ki, Balayev sıraya döndükdən sonra üzünə xüsusi maska taxmaqla məşq edə və oynaya biləcək.

Həmin kateqoriyadan