“Azərbaycan əks-hücumlarda çox təhlükəlidir”

Futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki AÇ-2016-nın pley-off mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, Bakıdakı oyunda 1:3 hesabıyla uduzmuş rəqibimizin çalışdırıcısı bunları söyləyib:

“İlk matçın nəticəsinə görə məyusuq. Cavab oyununa hazırlaşmaq üçün vaxtımız az oldu. Amma Azərbaycan üçün cavab hazırlamışıq. Bu komandaya qarşı cavab matçında necə davranacağımızı bilirik. Onlar əks-hücumlarda təhlükəlidirlər. Bunu ilk oyun da göstərdi. Amma bu rəqibin müdafiə xəttini yarmağa qadir olduğumuzu düşünürəm. Açıq oyun sərgiləyəcəyik. Uşaqlar oyuna tam olaraq köklənə bilsələr, azarkeşlərimizin də dəstəyi sayəsində arzuladığımız nəticəyə nail ola bilərik”.

Həmin kateqoriyadan