“Azərreyl” Çağırış kubokuna darmadağınla başladı

Azərbaycanın voleybol klubları üçün yeni avrokubok mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, bu gün qadınlardan ibarət “Azərreyl” komandası Çağırış kubokunun 2-ci təsnifat mərhələsinin ilk görüşündə Avstriyada yerli “İnsbruk”un qonağı olub.

Matça üstün başlayan Bakı təmsilçisi, rəqibini meydana çıxmağa peşman edib. Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv hər 3 hissədə “İnsbruk”u böyük fərqlə üstələyib – 3:0 (25:10; 25:16, 25:18).

Həmin kateqoriyadan