“Azərreyl” Fransada yerli “Sen-Rafael”i üstələyib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu çempionlar liqasında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “C” qrupunda mübarizə aparan Azərbaycan çempionu 4-cü turda Fransada yerli “Sen-Rafael” komandası ilə qarşılaşıb.

Görüş “dəmiryolçular”ın qələbəsi ilə başa çatıb – 3:1 (25:16, 25:21, 18:25, 25:20). Hesabında 2 qələbə və 1 məğlubiyyət olan “Azərreyl” qrupda 2-ci yerdədir. Digər oyununda “Fənərbağça” Polşada “Dombrova Qurniça”nı eyni hesabla üstələyib.

Həmin kateqoriyadan