“Azərsu” da “Nur” üzərində əzmkar qələbə qazandı

Bu gün qadın həndbolçuların superliqasında 1 oyun keçirildi. Allsport.az saytı xəbər verir ki, “Azərsu” paytaxtda “Nur” klubunu qəbul etdi.

Görüşdən əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğında dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Gərgin və maraqlı mübarizədə fasiləyə ölkə çempionu 13:12 üstün yollansa da, 2-ci yarıda təşəbbüsü ələ alan “Azərsu”matçı  xeyrinə bitirib (28:27).

Ötən tur eyni məcrada “Qarabağ” Mingəçevir komandasını yenmişdi (29:28).

Həmin kateqoriyadan