“Azərsu” EHF kubokunda mübarizəni erkən dayandırıb

Qadın həndbolçulardan ibarət “Azərsu” klubu EHF kubokunun 1-ci raundunda Polşada “Metrako Zaqlebie” ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən cavab oyununda 26:30 uduzan qonaqlar, mübarizəni erkən dayandırıblar. Çünki komandamız ilk matçda da yenilmişdi (21:27)

Qarşılaşmanın baş hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov olub. Avropa Həndbol Federasiyasının nümayəndəsi belaruslu Siarhei Kot olub.

Həmin kateqoriyadan