“Azərsun Arena”da “Qarabağ”ın şəhid futbolçusunun xatirəsi əbədiləşdiriləcək

“Qarabağ”ın stadionu olan “Azərsun Arena”da Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsi əbədiləşdiriləcək. Allsport.az saytı xəbər verir ki, bu barədə Ağdam klubun prezidenti Tahir Gözəl məlumat verib. Bununla bağlı təklifi qol.az saytının redaktoru Aydın Bağırov irəli sürüb.

Başqan “Qarabağ”ın Azərbaycanın dəyərlərinə, o cümlədən klubun öz tarixinə həmişə diqqət və həssaslıqla yanaşdığını söyləyib. O, “köhlən atlılar”ın kapitanı və məşqçisi olmuş Allahverdi Bağırovla bağlı təklifə görə təşəkkürünü bildirib.

“Qarabağ”ın prezidenti şəhid futbolçunun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflərin hazırlanıb ona təqdim olunması üçün klubun rəhbərliyinə tapşırıqlarını verib.

Həmin kateqoriyadan