Azərtac.az-ın əməkdaşının Rio-2016-da çəkdiyi foto beynəlxalq müsabiqədə ən yaxşılardan olub

Serbiyada “Good Light 2018” beynəlxalq fotomüsabiqədə həmyerlimiz İlqar Cəfərov fərqlənib. Allsport.az saytı xəbər verir ki, o, FIAP-ın qızıl medalına layiq görülüb.

“Həlledici an” nominasiyasında “Ağırlıqqaldıran qızın emosiyaları” azərbaycanlı fotomüxbirə uğur gətirib. Azərtac.az-ın əməkdaşı bu fotoşəkli Rio-2016 yay olimpiya oyunlarında çəkib.

Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının və Amerika Fotoqrafiya Cəmiyyətinin birgə təşkil etdiyi müsabiqəyə 50 ölkədən 320 fotoqrafın beş minə yaxın əl işi təqdim edilib.

 

Həmin kateqoriyadan