“Azəryol” ilk dövrədə “Qarabağ”a məğlubiyyətin əvəzini çıxıb

Bu gün qadın həndbolçuların Azərbaycan çempionatında 6-cı turun daha 2 oyunu  olub. Allsport.az saytı xəbər verir ki, “Gənclər Birliyi” gərgin mübarizədə “İdman Akademiyası”na 33:30 hesabı ilə qalib gəlib.

Digər güzəştsiz rəqabət “Azəryol” – “Qarabağ” matçında qeydə alınıb. İlk dövrədə rəqibə 1 top fərqi ilə uduzan  “yolşəkənlər” bu dəfə eyni tərzdə qalib gəliblər – 28:27.

Sabah kişi hənbolçular meydançaya çıxacaqlar. “Məhsul” RİOEUGİM komandası ilə, “Təhsil” isə “Bakı” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan