“Azəryol” ölkə çempionuna qalib gəlib, “Bakı” lider “Məhsul”dan əvəz çıxıb

Qadın həndbolçuların ölkə çempionatında 8-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, turun mərkəzi görüşündə “Azəryol” lider “Azərsu”nu 26:22 hesabı ilə məyus edib. 

“İdman Akademiyası” digər autsayder “Gənclər Birliyi”dən güclü olub (32:30). “Qarabağ” Tiflisin “Olimpiya” klubuna 2 matçda qalib gəlib – 33:23, 42:18.

Kişilərin superliqasının 6-cı turunda “Bakı” yarışın cədvəlinin öncülü 
“Məhsul”u 1 top fərqi ilə yenib (22:21). U-16 “Təhsil”ə ciddi müqavimət göstərib (25:31).

Həmin kateqoriyadan