“Azəryol” və “Məhsul”un avrokubokda rəqibləri bilinib

Avropa həndbol federasiyası yeni mövsüm üçün püşkatma keçirib.

Allsport.az saytı xəbər verir ki, kişilərdə ölkə çempionu “Məhsul” Çağırış kubokunda mübarizə aparacaq. Hikmət Abdullayevin komandası 2-ci raundda Norveç “Drammən”i ilə qarşılaşacaq. Bu mərhələdə görüşlər 5/6 və 12/13 oktyabrda keçiriləcək.

Qadınlarda qızıl medalçı “Azəryol” EHF kubokunda çıxış edəcər. Rəqib yaxşı tanıdığımız Ukrayna “Qaliçankası”dır. Komandamızın baş məşqçisi Georgi Voronov zamanında Lvov klubunu çalışdırıb. İlk raundin matçları 12/13 və 19/20 oktyabrda olacaq.

Həmin kateqoriyadan