“Azəryol”a qalib gələn “Nur” klubu, “Azərsu”nun çempionluq imkanını daha yaxşılaşdırdı

Qadın həndbolçuların superliqasında 15-ci turun 2 oyunu keçirildi. Allsport.az saytı xəbər verir ki, ilk olaraq meydançaya “Azərsu” və “İdman Akademiyası” klubları çıxıb. Bu matçda çempionatın öncülü 34:16 hesablı ilə sevini.

Turun mərkəzi qarşılaşması “Azəryol” və “Nur” arasında oldu. Mingəçevir təmsilçisi 1-ci hissəsi 4 top üstünlüyü ilə  qapadı (17:13). Növbəti yarının ortalarına qədər də qonaqlar irəlidə idi.

Amma sonradan toparlanan “yolçəkənlər”nəinki hesabı bərabərləşdirdi (20:20), hətta 2 top irəli çıxdı. Hərçənd tədricən təşəbbüsü yenidən “Nur”a verən Georgi Voronovu komandası 29:28 hesabı ilə qalib gəldi (yarış cədvəli ön səhifədə).

Həmin kateqoriyadan