“Az avtomobil, çox həyat” şüarı ilə veloyürü

7 aprel – Umumdünya Sağlamlıq Günü ilə əlaqədar Veloparkda “Az avtomobil, çox həyat” şüarı ilə veloyürüş keçirilib. Allsport.az sayrı xəbər verir ki, tədbirdə dövlət təhlükəsizliyi xidmətinin rəisi Mədət Quliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov da iştirak ediblər. 

Yürüş iştirakçılarının mükafatlandırma mərasimində çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Hande Harmancı bu cür tədbirlərin həm insan sağlamlığına, həm də ekologiyanın qorunmasına müsbət təsir göstərdiyini deyib və veloyürüşün əhəmiyyətini yüksək qiymətləndirib. 

AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov iştirakçılara təşəkkürünü bildirərək son illər ərzində velosipedin həm idman növü, həm də nəqliyyat vasitəsi kimi inkişaf etdirilməsində Azərbaycan prezidenti İlham Əliyevin xüsusi dəstəyinin hər zaman hiss edildiyini deyib. O, paytaxt sakinlərini vaxtlarının səmərəli keçirmək, ailəvi şəkildə dincəlmək və velosiped sürmək üçün hər cür şəraiti olan Veloparkın imkanlarından maksimum istifadə etməyə çağırıb. Tədbirin sonunda yürüşün fəal iştirakılarına xüsusi diplomlar təqdim olunub.

Həmin kateqoriyadan