Azad Rəhimov Aşqabadda 5-ci Asiya oyunlarının açılışında iştirak edib, sabah Minskə səfərə çıxır

Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanda 5-ci Asiya oyunlarının açılışı keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Səfəri çərçivəsində o, bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyə, Belarus və Rusiya federasiyası Tatarıstan respublikasından olan həmkarları ilə görüşub.

Sabah Azad Rəhimovun Minskə səfəri başlayır. Səfərin əsas məqsədi 2-ci Avropa oyunları koordinasiya komissiyasının iclasında iştirak etmək və  hazırlıq prosesi ilə yaxından tanış olmaqdır.

Kooordinasiya komissiyasının iclası çərçivəsində oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, atletlər kəndində görüləcək işlər, Milli Olimpiya Komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq.   

Səfər çərçivəsində nazir, Minsk-2019 2-ci Avropa oyunları koordinasiya komissiyasının üzvü Azad Rəhimov yarışların keçiriləcəyi Minsk Arena, Gimnastika arenası, velosiped mərkəzi, badminton mərkəzi və digər,  idman obyektlərinə də səfər edəcək.

Həmin kateqoriyadan