«Hafiz Məmmədovun «Lans»ı çətin vəziyyətdən çıxaracağına şübhə ola bilməz»

Azad Rəhimov: Azərbaycan hökuməti Fransa klubuna dəstək verəcək

Fransada işgüzar səfərdə olan gənclər və idman naziri Azad Rəhimov, güləş millimizin yerli komanda ilə dostluq görüşünü izləyib. Allsport.az saytı xəbər verir ki, bahadırlarımızın ev sahibini darmadağın etməsi, dövlət rəsmisini çox sevindirib.

Parisdə olarkən, nazir «Lans»ın prezidenti Jerve Martellə də əlaqə saxlayıb. “L Equipe 21″ə açıqlamasında Azad Rəhimov deyib ki, cümə axşamı gecəsi baş tutan danışıqda fransalı futbol pərəstişkarına kömək üçün söz verib.

Nazir «Lans»ın azərbaycanlı sahibi Hafiz Məmmədovun şəninə tərif deyərək, Jerve Martelə, həmyerlisinin işində sıxıntının olması səbəbindən hadisələrin arzu edilməyən məcraya yönəldiyini diqqətə çatdırıb. Əlavə edib ki, istənilən halda, Azərbaycan hökuməti Fransa klubuna dəstək verəcək. Sitat:

«Hafiz Məmmədov fond bazarında bəzi çətinliklər yaşayıb. Bu iflas adlanır. Olan durumla bağlı maliyyə problemi yaşayıb. Onu da eşitmişəm ki, bəzi layihələri, özəlliklə, nəqliyyat və neftlə sahəsində maliyyə kəsiri ilə üzləşib

Biz hər şeyi yoluna qoyacağıq. Əgər konkert vaxt yazılmasaydı, prosedur qeydə alınmasaydı, Hafiz Məmmədovun «Lans»ı çətin vəziyyətdən çıxaracağına şübhə ola bilməz».

Hafiz Memmedov

Həmin kateqoriyadan