Azad Rəhimov: Azərbaycan qran-prisinə hazırlıqda hər hansı geçikmə və çatışmamazlıq yoxdur

Aprelin 27-29-da Formula1 Azərbaycan qran-prisinə hazırlıq sürətlə davam etdir. Allsport.az saytı xəbər verir ki, təhlükəsizlik sədləri, beton müdafiələr və tribunalar artıq quraşdırılıb. Gənclər və idman naziri Azad Rəhimovun bildirdiyinə görə, işin 70 faizinin yekunlaşıb:

“Tribunalar artıq qurulub. Hazırlıqda hər hansı geçikmə və çatışmamazlıq yoxdur. Ötən illə müqayisədə bu il əyləncə proqramında bir çox yeniliklər olacaq. Əvvəl dünyanın tanınmış müğənniləri Dənizkənarı Milli Park ərazisində çıxış edirdilər. Amma bu il Azərbaycan Qran-Prisi daha tez – aprelin 27-29-da keçiriləcəyindən hava şəraiti nəzərə alınaraq, əyləncə proqramı “Baku Crystal Hall”da təşkil ediləcək”.

Həmin kateqoriyadan