AzAL adını dəyişib “Şüvəlan” qoydu, 1-ci divizionda mübarizə aparacaq

AzAL futbol klubu fəaliyyətini bərpa edib.  Allsport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun yaydığı rəsmi bəyanatda bildirilir: “AzAL Peşəkar Futbol Klubunun ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat, klub azarkeşlərinin, “fan klub” üzvlərinin, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatlığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib.

Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AzAL futbol klubunun məhz qəsəbənin adını daşıyan “Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb.

“Şüvəlan Futbol Klubu” yeni mövsümdə 1-ci divizionda təmsil olunacaq.  Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.

Həmin kateqoriyadan