AzAL Gürcüstana gedir

Bakının AzAL klubu Gürcüstana gedəcək. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi səfərə yanvarın 23-də yollanacaq.

İki günlük səfərin məqsədi bu ölkənin futbol klublarından biri ilə yoxlama oyunu keçirməkdir. Paytaxt klubunun rəsmiləri bu istiqamətdə Gürcüstanın 2-3 komandası ilə danışıq aparırlar.

Qeyd edək ki, AzAL qış fasiləsində Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu və Con Kordoba ilə yollarını ayırıb.

Həmin kateqoriyadan